Sifət (qrammatika)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir.
Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.